SON XƏBƏRLƏR

Lənkəran şəhərində “Gənclər üçün beynəlxalq layihələr haqqında məlumat sessiyası” təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 noyabr tarixində verir.

Tədbir Lənkəran Dövlət Universitetində Təbiyyat fakültəsinin sosial məsələlər üzrə dekan müavini Şəbinə Niftullayevanın iştirakı ilə baş tutub. Burada beynəlxalq layihələrlə bağlı məlumat verilib və bu layihələrdə iştirakın formaları haqqında təqdimat nümayiş etdirilib.

Sessiyanın keçirilməsində məqsəd azərbaycanlı gənclərin beynəlxalq tədbirlərdə iştirakına, dünya gəncləri ilə, həmçinin xarici ölkələrdə yaşayan həmvətənlərlə əlaqələrin inkişafına şərait yaratmaqdır. Yəkunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilib.