SON XƏBƏRLƏR

Lənkəranda gənc sahibkarlara dəstək və gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi ilə bağlı görüş keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 oktyabr tarixində KOBİA-ya istinadən verir.

17 oktyabr saat 11:00-da Lənkəran şəhər Heydər Əliyev Mərkəzində baş tutacaq görüşdə Gənclər və İdman Nazirliyi, Lənkəran Rayon icra Hakimiyyəti, Dövlət Məşğulluq Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyi Lənkəran regional bölməsi, Gənclər Fondu, Gənclərin İnkişafı və Karyera Mərkəzi, ABAD, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Müvəkkil kredit təşkilatları və müvafiq sahibkarlıq subyektləri iştirak edəcəklər.

Ətraflı məlumat üçün: (055) 500-12-48, [email protected].