SON XƏBƏRLƏR

Lənkəranda innovativ peşələrin təşviqi üçün tədbir təşkil olunub. Bu haqda bu gün, 22 noyabr tarixində Cenublu.az xəbər verir.

Tədbir panel müzakirəsi formatında baş tutub. Görüşdə  İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin layihə koordinatoru Gulnar Mirhüseynova, ASAN İnnovativ İnkişaf Mərkəzinin müdir müavini Hasil Abbasov və digərləri iştirak ediblər. Onlar proqram çərçivəsində Lənkəran və qonşu rayonların gəncləri ilə “Gələcəyin innovativ peşələri” mövzusunda maraqlı müzakirələr aparıblar. Həmçinin interaktiv debatlar təşkil olunub.

Proqramın əsas məqsədi regionlarda innovativ peşələr haqqında məlumatlılığı artırmaqla mövcud imkanlara olan çıxışları göstərməkdir.

Qeyd edək ki, layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə təşkil olunub.