SON XƏBƏRLƏR

Lənkəran şəhərində MİQ Sertifikasiya Müsahibə hazırlığı və Fiziki Tərbiyə MİQ Sertifikasiya hazırlığı təlimçisi Leyla Məmmədovanın “Fiziki tərbiyə” kitabının təqdimat mərasimi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 noyabr tarixində verir.

Tədbir Heydər Əliyev Mərkəzində keçirilib. Burada mərkəzin direktoru Reyhanə Sadıxova Leyla Məmmədovaya Heydər Əliyev Mərkəzinin Fəxri Fərmanını təqdim edib.

Həmçinin tədbir çərçivəsində Leyla Məmmədovanın peşəkar fəaliyyəti haqqında film izlənilib.