SON XƏBƏRLƏR

Lənkəran şəhərində “Ekstremal şəraitdə sağ qalmaq” layihəsi çərçivəsində seminar təşkil olunacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 oktyabr tarixində verir.

Tədbir Heydər Əliyev Mərkəzində 3 noyabr tarixində saat 11:00-da baş tutacaq. Burada ekstremal şəraitdə sağ qalmaq, təbiətdə içməli suyun əldə olunması, hərbi topoqrafiya və vəhşi heyvanlarla qarşılaşanda davranış qaydaları barədə məlumat veriləcək.

Sessiyada iştirak etmək üçün qeydiyyat mütləqdir.

Qeydiyyat üçün son tarix: 2 noyabr saat 19:00.

Qeyd edək ki, seminar “Forest School Azerbaijan”da fəaliyyət göstərən təlimçi Saleh Baxşiyev tərəfindən keçiriləcək.