Lənkəranda ebru və ənənəvi həsirçilik ustad dərsləri keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 yanvar tarixində verir.
Dərslər 4 fevral saat 11:00-da Qala Xiyabani, 13-də yerləşən “Tor coffee shop”da baş tutacaq. Ebru ustad dərslərinin qiyməti 10 manat,
həsirçilik ustad dərslərinin qiyməti isə 5 manat təşkil edir.
Qeyd edək ki, ebru – xüsusi hazırlanmış boyalarla yaradılmış naxışların dəniz yosunu qatılaşdırılaraq su üzərində keçilməsi ilə hazırlanmış ornament sənətidir.