SON XƏBƏRLƏR

Lənkəran şəhərinin Kosalar kəndinin Mionvu deyilən məhəlləsində qədim daş aşkar olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 oktyabr tarixində Apa.az-a istinadən verir.

Həvəskar arxeoloq Cavanşir Həsənzadənin məlumatına görə, üzərində mifik heyvan fiquru olan bu daşı o, kərpic divarlarla əhatə olunan kurqanın yamacında aşkar edib. Həmçinin o bildirir ki, daşın tapılmasından bir neçə il keçməsinə baxmayaraq, hələ də onunla maraqlanan olmayıb.

Bu cür fiqurlu gerbi olan dövlətlər, əsasən, şərq dövlətləri olur. Bu dövlətlər üzərində şir həkk olunan gerblərdən istifadə etməklə öz güclərini nümayiş etdiriblər. Bunun da Azərbaycan ərazisində aşkar olunması xalqımızın qədimdən böyük bir gücə, qüdrətə malik olduğunu göstərir.

Aşkarlanan bu tapıntı hazırda Lənkəran tarix-diyarşünaslıq muzeyinin daş abidələr bölməsində qorunub saxlanılır.

Qeyd edək ki, tapıntının təqribən e.ə III – II əsrlərə aid olduğu bildirilir.

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda