SON XƏBƏRLƏR

Lənkəran Dövlət Dram Teatrında “Casus” tamaşası növbəti dəfə səhnəyə çıxarılacaq. Bu haqda bu gün, 7 dekabr tarixində Cenublu.az Lənkəran Dram Teatrına istinadən xəbər verir.

Yazıçı Kamal Abdullanın əsəri əsasında səhnələşdirilmiş “Casus” tamaşası 8 dekabr saat 17:00-da təqdim ediləcək. Biletləri teatrın kassasında əldə etmək olar.

Əlavə məlumat almaq üçün (051) 6013140 (mobil) telefon nömrəsi vasitəsilə teatrın baş inzibatçısı Namiq Ağayevə müraciət etmək lazımdır.