SON XƏBƏRLƏR

Lənkəran Dövlət Dram Teatrında uşaqlar üçün “Məlikməmməd” xalq nağılının motivləri əsasında qələmə alınan tamaşa nümayiş etdiriləcək. Bu haqda bu gün, 13 dekabr tarixində Cenublu.az teatra istinadən xəbər verir.

Tamaşa 17 dekabr saat 10:00-da göstəriləcək. Yazıçı-dramaturq Əli Əmirlinin qələmə aldığı “Sehirli alma” nağıl-tamaşası nümayiş etdiriləcək.

Biletlər teatrın kassasında satılır.

Hər hansı əlavə məlumat almaq üçün (051) 601-31-40 mobil telefon vasitəsilə teatrın baş inzibatçısı Namiq Ağayevlə əlaqə saxlaya bilərsiniz.