SON XƏBƏRLƏR

Lənkəranda balacalar üçün Yeni il şənliyi keçiriləcək. Bu haqda bu gün, 9 dekabr tarixində Cenublu.az Lənkəran Dövlət Dram Teatrına istinadən xəbər verir.

29 dekabr saat 11:00, 14:00 və 16:30-da  Lənkəran Dövlət Dram Teatrının səhnəsində Moskva artistlərinin çıxışı olacaq. “Школа волшебников” (“Sehrbazlar məktəbi”) tamaşası zamanı uşaqlarla birgə fərqli oyunlar oynanılacaq.Maraqlı ssenari, müasir texnologiyalar və üçölçülü proyeksiyalar Yeni il macərasında övladlarınızda xoş hisslər yaradacaq.

Şou 3 yaşdan 10 yaşa qədər uşaqlar və onların valideynləri üçün tövsiyə olunur. Tamaşanın müddəti 1 saatdır.

Biletlərin qiyməti 10-15 manat aralığı təşkil edir.