SON XƏBƏRLƏR

Lənkəran rayon ümumtəhsil məktəblərində çalışan bədən tərbiyəsi və idman müəllimləri ilə görüş keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 noyabr tarixində verir.

80 nəfərin iştirak etdiyi tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin əməkdaşları çıxış edərək dövlətimizin idmana olan diqqət və qayğısından, insanlar arasında sağlam həyat tərzinin və idmanın kütləviliyinin təmin edilməsinin vacibliyindən, rayonda idmanın inkişafı istiqamətində görülən işlər və həyata keçirilən tədbirlərdən, eyni zamanda qarşıda duran vəzifələrdən söhbət açıblar.