SON XƏBƏRLƏR

Lənkəranda sosial layihə çərçivəsində təmir olunmuş əşyalar ehtiyacı olan ailələrə verilib. Bu haqda bu gün, 24 dekabr tarixində Cenublu.az Lənkəran Peşə Liseyinə istinadən xəbər verir.

“Tikdim ki, izim qala” adlı sosial layihə çərçivəsində təmir olunan əşyaların sosial həssas və aztəminatlı ailələrə təhvil verilməsi planlaşdırılıb.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin təqdim etdiyi əşya və avadanlıqlar Lənkəran Peşə Liseyinin və Peşə Təmayüllü Siniflərin – Lənkəran şəhər 2 nömrəli, şəhər 7 nömrəli, Haftoni qəsəbə, Astara şəhər 5 nömrəli və Vaqo kənd tam orta məktəbinin dərzi köməkçisi və mebel ustası köməkçisi ixtisasları üzrə təhsil alan tələbə və şagirdlər tərəfindən təmir olunub.

Qeyd edək ki, təmir olunmuş əşya və avadanlıqların davamlı olaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin təqdim etdiyi siyahı əsasında qeyd edilən ailələrə çatdırılması nəzərdə tutulub.