Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi Lənkəran Dövlət Dram Teatrının qonağı olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 noyabr tarixində verir.
Belə ki, tədbirdə adıçəkilən teatrların direktorlkarı İntiqam Hacılı və Yaşar Muradov çıxış ediblər.
Daha sonra Əməkdar artist Loğman Kərimovun quruluş verdiyi Vətən müharibəsinə həsr olunmuş “Dəmir Yumruq” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Burada rolları Xalq artisti Şükufə Musayeva, Əməkdar artistlər Teymur Məmmədov, Nazir Rüstəmov, artistlərdən Xanirə İsgəndərova, Rasəf Mehdiyev, Bahar Həmzəyeva, Emin Sevdiməliyev və Nihad Heybətov ifa ediblər.
Qeyd edək ki, səfər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Zəfər” Musiqi və Teatr Festivalı çərçivəsində həyata keçirilib.