Lənkəran və Astara “Gənclər evi”nin rəhbəri vəzifəsinə sənəd qəbulu elan edilir. Bu haqda bu gün, 9 dekabr tarixində Cenublu.az Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
“Gənclər evi” sosial-xidmət müəssisəsinin direktoru vəzifəsinə namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:
- ali təhsilli;
- gənclərlə iş sahəsində 2 il olmaqla, ümumi 3 il iş stajı;
- yaş həddi 35-dək;
- minimum 1 xarici dil bilmək.
Təqdim ediləcək sənədlər:
- CV foto ilə (iddia edilən vəzifənin adı qeyd olunmalıdır);
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Ali təhsil haqqında diplomun surəti.
Sənədlər 25 dekabr 2022-ci il tarixədək elektron formada [email protected] ünvanına göndərilməlidir. Müraciət etdiyiniz vəzifənin adı və yeri “mövzu” bölməsində qeyd edilməlidir.