SON XƏBƏRLƏR

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Açıq kitabxana” adlı oxu günü keçiriləcək. Bu haqda bu gün, 18 aprel tarixində Cenublu.az Lənkəran-Astara Regional Təhsil İdarəsinə istinadən xəbər verir.

Tədbir Lənkəran-Astara Regional Təhsil İdarəsi, Lənkəran Regional Mədəniyyət İdarəsi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Oxu günü uşaq və gənclərin elmə, təhsilə, eyni zamanda kitaba marağının artırılması, onların dünyagörüşünün inkişaf etdirilməsi məqsədi daşıyır.

Lənkəran şəhər Heydər Əliyev adına Mərkəzi Parkda açıq havada təşkil olunacaq tədbirdə kitabların müzakirəsi, kitablarla fləş-mob, məktəblilərin intellektual səviyyəsini yoxlamaq üçün ümumi dünyagörüşü və bədii ədəbiyyat sahəsini əhatə edən viktorinaların keçirilməsi nəzərdə tutulur.

Tədbir 25 aprel 2023-cü il saat 11:00-dan 13:00-dək Lənkəran şəhəri, H.Əliyev adına Mərkəzi Parkda keçiriləcək.