Masallıdan olan sənətkarların rəsm və əl işlərindən ibarət sərgi təşkil olunacaq. Bu haqda bu gün, 17 may tarixində Cenublu.az “Masallı Culture”a istinadən xəbər verir.
24 may saat 12:00-da baş tutacaq “Rənglərin harmoniyası” tədbiri Lənkəran şəhər Mədəniyyət Mərkəzində keçiriləcək. Sərgidə Təhmasib Məcidov, Ehtiram Məmmədov, Surxay Əmənov, Sevda Əliyeva, Hadisə Şahverdiyeva, Tünzalə Abuzərova və Əfsanə Kərimovanın əl işlərindən ibarət sənət əsərləri nümayiş olunacaq.