Lənkəranda həvəskarlar arasında nərd idman növü üzrə rayon turniri təşkil olunacaq. Bu haqda bu gün, 6 iyun tarixində Cenublu.az Lənkəran şəhər Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
15 iyun Milli Qurtuluş Gününə həsr olunan turnir 10 iyun saat 10:00-da keçiriləcək. Tədbir Lənkəran Şəhər Gənclər və İdman İdarəsində baş tutacaq. Turnirdə iştirak etmək üçün son müraciət tarixi 9 iyundur.
Çempionatın qaliblərinə idarə tərəfindən diplom və hədiyyələr veriləcək.
Qeydiyyat üçün əlaqə nömrəsi: 050 748 68 78