SON XƏBƏRLƏR

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Lənkəran məktəbliləri arasında intellektual yarışma keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 may tarixində verir.

16 məktəb üzrə komandalar 3 mərhələdə yarışıblar. Yarışın nəticələrinə əsasən:

  • I yerə Şağlaser kənd ümumi orta məktəbini təmsil edən “Şəhid Murad Hüseynzadə” komandası;
  • II yerə Lənkəran şəhər 3 nömrəli məktəbi təmsil edən “Aslanovçular” komandası;
  • III yerə isə Lənkəran şəhər 1 nömrəli məktəbi təmsil edən “Zəfər1” komandası layiq görülüb.

Qalib gələn ilk 3 komandaya Lənkəran Şəhər Gənclər və İdman İdarəsi tərəfindən kuboklar təqdim olunub. Həmçinin “Secret” kitab evi tərəfindən qalib komandanın üzvlərinə kitab kuponları hədiyyə edilib.

Qeyd edək ki, yarışma Lənkəran Şəhər Gənclər və İdman İdarəsi, Lənkəran-Astara Regional Təhsil İdarəsi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Lənkəran koordinatorluğunun birgə təşkilatçılığı ilə baş tutub.

Әrkivan FK
Sport

“Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq

Masallı təmsilçisi olan “Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 iyun tarixində verir. Oyun Abşeron Olimpiya İdman Kompleksində 4 iyun saat 17:00-da baş tutacaq.