SON XƏBƏRLƏR

“Fora Lənkəran sinema” klubunda məktəblilər üçün ödənişsiz “The Avengers” filmi nümayiş olunacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 oktyabr tarixində Lənkəran Şəhər Gənclər və İdman İdarəsinə istinadən verir.

Filmin nümayişi 16 oktyabr saat 12:00-da baş tutacaq.

Qeydiyyat üçün (+99451) 404-84-37 whatsapp nömrəsinə və ya Lənkəran Şəhər Gənclər və İdman idarəsinin rəsmi Facebook və İnstagram səhifələrinin mesaj bölməsinə yazmaq olar.

Qeydiyyat tarixi 14 oktyabr saat 17:00-dək davam edəcək.