Lənkəran KOBİM gənclər üçün “Öz biznesinə başla” və “Biznesin təşkili və idarəedilməsi” mövzusunda maarifləndirici seminarlar təşkil edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 noyabr tarixində verir.
Belə ki, təlimlərə 5 nəfər sahibkar cəlb olunub. Burada iştirakçıların ideyaları üzərindən real misallarla fikir mübadiləsi aparılıb, hazırkı bazar şəraiti və mövcud imkanlar, biznes anlayışı və ümumi strukturu, biznes psixologiyası barədə danışılıb. Həmçinin idarəetmənin strukturu, kommunikasiyalar, nəzarət və proqnozlaşdırma anlayışları barədə ətraflı məlumat verilib.
Yekunda mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər pulsuzdur.