SON XƏBƏRLƏR

Lənkəranda “Turizmdə onlayn kanallar vasitəsilə satışın təşkili” adlı seminar baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 oktyabr tarixində verir.

Belə ki, adıçəkilən maarifləndirici təlimdə aqroturizmlə məşğul olan 5 sahibkar iştirak edib. Onlara sosial media satış alətləri və satış strategiyası, sosial media vasitəsilə reklamların təşkil edilməsi, məhsulun digital bazarda tanıdılması mövzularında ətraflı məlumat verilib.

Sonda mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, seminar Lənkəran KOBİM tərəfindən təşkil olunub.