Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən sosial media mövzusunda təlimlər təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 oktyabr tarixində verir.
Belə ki, tədbirə 10 nəfər gənc sahibkar və biznesə yeni başlamaq istəyən şəxs qatılıb. Onlara “Digital marketinqdə onlayn vasitələrdən istifadə edərək kontent yaratma” və “Sosial mediada reklam üçün hədəf kütləsinin təyin edilməsi” mövzular üzrə təlimlər keçirilib.
Adıçəkilən sessiyalar çərçivəsində onlayn alətlərdən istifadə edərək sosial media postlarının hazırlanması, süni intellektin sosial mediada effektiv şəkildə istifadəsi, müştərilərin düzgün müəyyən edilməsi, auditoriyanın sosial şəbəkələrdə aktiv olduğu vaxtın analiz edilməsi, qrupların müəyyən edilməsi, onlayn istehlakçı davranışları və satışla nəticələnən reklamların hazırlanması mövzularında ətraflı məlumat verilib.
Sonda mövzularla bağlı iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.