Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən biznes mövzusu üzrə tədbir təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 noyabr tarixində verir.
Belə ki, seminarda 14 nəfər sahibkar və biznesə başlamaq istəyən şəxs iştirak edib. Burada risk meyarlarının tərifi, risklərin ölçülməsi, identifikasiyası, təhlili, risklərə təsiretmə mexanizmləri barədə ətraflı məlumat verilib.
Yekunda mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.