SON XƏBƏRLƏR

Lənkəranda yerləşən “O biri otaq”da “Eternal Sunshine of the Spotless Mind” adlı film nümayiş olunacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 noyabr tarixində verir.

Filmin nümayişi 6 noyabr saat 14:00-da baş tutacaq.

Baş rolları Cim Kerri və Keyt Vinslet canlandırır. 2004-cü il istehsalı olan film Oskar mükafatını qazanıb. Coel və Klementin 2 il birlikdə olduqdan sonra münasibətlərinə son qoymaq qərarına gəlirlər. Klementin arzuolunmaz hadisələri yaddaşdan silməyi bacaran Lacuna şirkətinə gedir və bu münasibəti, baş verənləri və Coeli unutmaq istədiyini deyir.

Qeyd edək ki, giriş 3 manat təşkil edir. Məbləğə popkorn və kola daxildir.