SON XƏBƏRLƏR

Lənkəranda gənclərin şəxsi inkişafı istiqamətində növbəti maarifləndirici tədbir keçiriləcək. Bu haqda bu gün, 16 sentyabr tarixində Cenublu.az “O biri otaq”a istinadən xəbər verir.

Gənclərə yerli və beynəlxalq layihələrdə iştirak etmək, həmçinin şəxsi layihələrini həyata keçirmək yollarını başa salacaq görüş 24 sentyabr saat 10:00-da baş tutacaq. Qeyd olunan tədbir Gənc Avropa Səfirləri şəbəkəsinin təşəbbüsü və Lənkəranda yerləşən TOR Coffe Shop və “O biri otaq” tədbir zalının təşkilati dəstəyi ilə keçirilir.

Müxtəlif imkanlar haqda danışılacaq görüşdə gənclər Erasmus Mundus, Erasmus+, DAAD və Visegrad kimi Avropada təqaüdlü təhsil və təlim imkanları barədə öyrənəcəklər.

Məlumat sessiyasında iştirak etmək üçün bu link vasitəsilə qeydiyyatdan keçmək olar : https://forms.gle/NqP4MCtJ6B7GeDn29 

Görüş Qala Xiyabani küçəsi, 13 ünvanında yerləşən TOR Coffee Shop-da keçiriləcək.

Ətraflı məlumat üçün: 050 531 92 94