SON XƏBƏRLƏR

Lənkəranda həftəsonu film gecəsi keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 oktyabr tarixində verir.

Belə ki, “Tor coffee shop”un nəzdində fəaliyyət göstərən “O biri otaq”da 22 oktyabr saat 16:00-da “The Truman Show” filmi nümayiş olunacaq.

Filmin baş rolunu Jim Carrey canlandırır. Truman gözəl bir adada yaşayır, işi, evi və həyat yoldaşı var. Ancaq Trumandan başqa, hər kəs bunların yalan və oyun olduğunu bilir. Trumanın gerçək saydığı həyatı əslində studiyalarda otuz ildir ki, aralıqsız və reklam verilmədən 24 saat boyunca canlı olaraq televiziyada yayınlanmaqdadır. Bir gün Truman şübhəli bir hadisə görür və yaşadığı həyatı sorğulamağa başlayır.

Qeyd edək ki, filmi izləmək üçün 3 manat ödəniş etmək lazımdır. Bu məbləğə popkorn və kola daxildir.