SON XƏBƏRLƏR

Lənkəran şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə psixoloq Fərrux Əliyev tərəfindən “Sağlam həyat-sağlam düşüncə” mövzusunda təlim keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 sentyabr tarixində verir.

Təlim 9 sentyabr saat 09.30-da Lənkəran şəhər Gənclər və İdman İdarəsində keçiriləcək. Təlimdə iştirak etmək üçün Gənclər və İdman İdarəsinin sosial şəbəkələrinə yazaraq qeydiyyatdan keçmək lazımdır.