SON XƏBƏRLƏR

Lənkəranda yerləşən “O biri otaq”da “Necə gənc Avropa səfiri olmaq olar?” adlı gənclər üçün məlumat sessiyası keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 sentyabr tarixində verir.

Tədbir 17 sentyabr saat 14:00-da baş tutacaq. Sessiya ərzində Gənc Avropa Səfirləri Şəbəkəsi, onun məqsədi, fəaliyyəti və azərbaycanlı gənclərə təklif etdiyi imkanlar, gənc Avropa səfiri olmaqla bağlı ətraflı məlumat veriləcək. Həmçinin gənclər Erasmus Mundus, Erasmus+, DAAD və Visegrad kimi Avropada təqaüdlü təhsil və təlim imkanları barədə məlumat alacaqlar.

Məlumat sessiyasında iştirak etmək üçün link. Ətraflı məlumat üçün: (050) 531-92-94.

Qeyd edək ki, “Tor Coffee Shop”un nəzdində fəaliyyət göstərən “O biri otaq”  Qala Xiyabani küçəsi, 13 ünvanında yerləşir.