SON XƏBƏRLƏR

Lənkəran Dövlət Dram Teatrında “Yalançı Şahzadə” tamaşası yenidən nümayiş olunacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 may tarixində verir.

Tamaşa 27, 28, 29 may tarixlərində saat 12:00-da nümayiş olunacaq. Biletləri teatrın kassasından əldə etmək olar. Qiymət 2 manat təşkil edir.

Tamaşada Kralın rəssam oğlunun başına gələn hadisələrdən bəhs olunur. Kralın taxt-tacına sahib çıxmaq istəyən meşə qulduru hiylə ilə saraya yol tapır. Kralın oğlu isə yalançı şəhzadə olan meşə quldurunu ifşa etmək üçün mübarizəyə başlayır.

Ətraflı məlumat üçün: (+994) 51-601-31-40; (025) 25-5-49-73, WhatsApp: (051) 750-06-75.