Lənkəran Dövlət Dram Teatrında növbəti maraqlı tamaşa nümayiş olunacaq. Bu haqda bu gün, 3 dekabr tarixində Cenublu.az teatra istinadən xəbər verir.
“Prokuror” pyesi 6 dekabr saat 14:00-da təqdim olunacaq. Pyes mərhum yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyevə məxsusdur.
Biletlər teatrın kassasında satılır.
Əlavə məlumat üçün teatrın baş inzibatçısı Namiq Ağayevlə 051-601-31-40 mobil telefon nömrəsi vasitəsilə əlaqə saxlamaq olar.