Lənkəran Dövlət Dram Teatrında Lənkəran Dövlət Universitetinin müəllim-tələbə heyəti və teatrın yaradıcı kollektivinin birgə iştirakı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 aprel tarixində verir.
Tədbir 19 aprel saat 17:00-da baş tutacaq. Tədbirdə “Heydər Əliyevin Azərbaycan təhsilində rolu”, “Heydər Əliyevin Azərbaycan mədəniyyətinə və milli teatr sənətinin inkşafına töhfəsi”, “Dünya arenasında mədəniyyətimizin mövqeyi” və s. mövzularda müzakirələr aparılacaq.
Sonra yazıçı-dramaturq Məmmədhüseyn Əliyevin “Prokuror” tamaşası nümayiş olunacaq.