SON XƏBƏRLƏR

Lənkəranda 44 günlük Vətən müharibəsi mövzusunda tamaşa nümayiş olunacaq. Bu haqda məlumatı Cenublu.az Lənkəran Dövlət Dram Teatrına istinadən bu gün, 23 iyun tarixində verir.

Lənkəran Dövlət Dram teatrının kollektivi tərəfindən lirik-psixoloji janrda olan “Haqqın 44 günü” adlı tamaşa səhnələşdiriləcək.

İyunun 24-də keçiriləcək nümayiş saat 10:00-da başlayacaq.

Tamaşanın quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Adil Əsədli, musiqi tərtibatçısı isə Fərahim Fərəcovdur.

Biletləri teatrın kassasından əldə edə bilərsiniz.