SON XƏBƏRLƏR

Lənkəran Dövlət Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Casus” əsəri əsasında səhnələşdirilmiş tamaşanın premyerası keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 oktyabr tarixində Azertac-a istinadən verir.
29 oktyabr tarixində səhnəyə çıxarılacaq tamaşanın quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Azər Hacıələsgərlidir.
Qeyd edək ki, süjet xətti “Kitabi-Dədə Qorqud” eposundan qaynaqlanan bu səhnə əsərində Oğuzun təəssübkeşi kimi daim çıxış edən Dədə Qorqud casusun kim olduğunu bildirsə də, bu məsələyə insani mövqedən yanaşmağa qərar verir. Bunun üçün o, Boğazca Fatmanı onun casus oğlunun başına gələcək fəlakətdən xəbərdar edərək ölümdən xilas yolunu ona göstərir.
Tamaşada rolları Xalq artisti Qabil Quliyev (Dədə Qorqud), Əməkdar artist Sucəddin Mirzəyev (Qazan xan), artistlərdən Əlibala Əsgərov (Bayandur xan), Qızılgül Quliyeva (Boğazca Fatma), Aynur Əhmədova (Burla xatun), Miraslan Ağayev (Şirşəmsəddin), Allahverən Babayev (Bəkil), Əbülfəz Axundov (Aruz qoca), Səyyad Əliyev, Emil Rzayev (Beyrək) və başqaları ifa edirlər.

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda