SON XƏBƏRLƏR

Lənkəran Dövlət Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Casus” əsəri əsasında hazırlanan tamaşanın premyerası keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 oktyabr tarixində Trend.az-a istinadən verir.

Tamaşanın quruluşçu rejissoru Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Anar Babalı, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Azər Hacıələsgərlidir.

Səhnə əsərində Xalq artisti Qabil Quliyev (Dədə Qorqud), Əməkdar artist Sucəddin Mirzəyev (Qazan xan), aktyorlar Əlibala Əsgərov (Bayandur xan), Qızılgül Quliyeva (Boğazca Fatma), Aynur Əhmədova (Burla xatun), Miraslan Ağayev (Şirşəmsəddin), Allahverən Babayev (Bəkil), Əbülfəz Axundov (Aruz qoca), Səyyad Əliyev və Emil Rzayev (Beyrək) çıxış ediblər.

Premyeranı əsərin müəllifi, Xalq yazıçısı Kamal Abdulla, eləcə də bir sıra tanınmış elm və mədəniyyət xadimləri də izləyib.