SON XƏBƏRLƏR

Lənkəran Dövlət Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Casus” tamaşası nümayiş olunacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 noyabr tarixində verir.

Tamaşanın nümayişi 15 noyabr saat 17:00-da baş tutacaq. Biletlər teatrın kassasında satılır.

Əlavə məlumat üçün: (051) 601-31-40 mobil nömrəsi ilə teatrın baş inzibatçısı Namiq Ağayevlə əlaqə saxlaya bilərsiniz.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Anar Babalı, rəssamı Tərlan Sadıqov, bəstəkarı isə Azər Hacıəsgərlidir.