SON XƏBƏRLƏR

Lənkəran Dövlət Dram Teatrı növbəti tamaşası ilə festivala qatılacaq. Bu haqda bu gün, 18 noyabr tarixində Cenublu.az Dram Teatrının rəsmi Facebook səhifəsinə istinadən xəbər verir.

Teatr “4.4 Qısa Tamaşalar Festivalı”nda İlqar Fəhminin “Qanlı namə” tamaşası ilə iştirak edəcək. Festival 25-30 noyabr tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə baş tutacaq.

Lənkəran Dövlət Dram Teatrı yarışmada 26 noyabr tarixində çıxış edəcək. Qeyd edək ki, tamaşaya rejissor Tərlan Abdullayev quruluş verib.