SON XƏBƏRLƏR

Lənkəran Dövlət Dram Teatrı 132-ci mövsümünə baş rejissor Anar Babalının qələmə aldığı və quruluş verdiyi “Haqqın 44 günü” tamaşası ilə başlayacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 sentyabr tarixində teatra istinadən verir.

Birinci və İkinci Qarabağ müharibərəlində baş verən hadisələrə və xalqımızın igid oğullarının döyüşlərdə göstərdiyi şücaətlərə həsr olunan tamaşa 16 sentyabr saat 17:00-da nümayiş olunacaq.

Qeyd edək ki, tamaşanın quruluşçu rəssamı Adil Əsədli, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Əsas rolları teatrın gənc aktyorlarından Sayad Əliyev, Emil Rzayev, Gülər Kərimova, Şəbnəm Hüseynova, Aysel Cahangirova, Amil İbrahimov, Teymur Hacızadə və Günel Abbaszadə ifa edirlər.