SON XƏBƏRLƏR

Lənkəran-Astara Regional Təhsil İdarəsi tabeliyində olan ümumi təhsil müəssisələrində vakansiya elan edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 sentyabr tarixində Təhsil İdarəsinə istinadən verir.

Belə ki, hazırda vakant olan yerlərə müddətli əmək müqaviləsi ilə əlavə iş yerində çalışmaq istəyən müəllimlər 26-28 sentyabr 2022-ci il tarixlərinədək yerli rayon (şəhər) üzrə təhsil sektorlarına ərizə ilə müraciət edə bilərlər.

Qeyd edək ki, vakansiya seçimində müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirilməsində iştirak edib ən azı 70% nəticə əldə etmiş və həmin rayon (şəhər) üzrə ümumi təhsil müəssisələrində hazırda müddətsiz əmək müqaviləsi ilə fəaliyyət göstərən müəllimlər iştirak edə bilərlər.

Müəllimlərin vakant yerlərə təyinatı müraciətlərdə ardıcıllıq prinsipi gözlənilməklə və pedaqoji göstəricilər nəzərə alınmaqla ediləcək. Həmçinin 1 vakant yerə 2 və ya daha artıq seçim olduqda müvafiq fənn üzrə ixtisas balı və eyni zamanda ixtisas üzrə əmək stajı nəzərə alınacaqdır.

Vakansiyalarla bağlı cədvəli təqdim edirik.