Lənkəran Dəmiryol Vağzalında iyun ayının sonunadək “ASAN Qatar” fəaliyyət göstərəcək. Bu haqda bu gün, 6 iyun tarixində Cenublu.az xəbər verir.
Xidmətlərdən yararlanmaq istəyənlər saat 10:00-dan 18:00-dək “ASAN Qatar”a müraciət edə bilərlər.
Səyyar ASAN xidmət çərçivəsində göstərilən xidmətlər aşağıdakılardır:
- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
- Məhkumluq barədə arayışların verilməsi;
- Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;
- Daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı;
- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı.
Xidmətlərdən Lənkəran və ətraf rayonların sakinləri yararlana bilərlər.