Gənclərin İnkişafı və Karyera Mərkəzinin Lənkəran Nümayəndəliyi 2021-ci il üçün hesabat konfransı keçirəcək. Bu haqda məlumat bu gün, 21 dekabr tarixində Lənkəran Gənclərinin rəsmi Facebook səhifəsində paylaşılıb.
Mərkəz il ərzində keçirdiyi fəaliyyətlərə dair hesabatı ictimaiyyətə təqdim edəcək. Konfransda gənclər və dövlət rəsmiləri iştirak edəcək.
Tədbirin sonunda müxtəlif nominasiyalar üzrə aktiv olan gənclər mükafatlandırılacaqlar.