SON XƏBƏRLƏR

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsində vebinarlar silsiləsinə start verir. Bu haqda məlumatı Lənkəran şəhər Təhsil şöbəsi bu gün, 15 oktyabr tarixində verib.

Belə ki, ilk vebinar 19 oktyabr saat 18:00-da ibtidai sinif müəllimləri üçün azərbaycan dili fənni üzrə “Mətn üzrə işin təşkili: bədii mətnin strukturu və kompozisiyası” mövzusunda keçiriləcək. Tədbir ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.

Vebinarda spiker qismində ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin “Əlavə təhsilin məzmunu” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Könül Nəhmətova çıxış edəcək.

Vebinarın keçirilməsində məqsəd ibtidai sinif müəllimlərinin Azərbaycan dili fənni üzrə mətn üzrə işin təşkili bacarıqlarını inkişaf etdirməkdir. Vebinarda müəllimlərin bədii mətnin strukturunun və kompozisiyasının təhlilindəki tipik çətinlikləri haqqında danışılacaq, problemin həlli yolları göstəriləcək.

Keçid üçün link: https://bit.ly/3ACWX67