SON XƏBƏRLƏR

Qədim pul və əşyalar toplayan lənkəranlı kolleksiyaçı haqda ARB Cenub reportaj hazırlayıb.

Lənkəran rayonu Səpnəkəran kənd sakini Sübhan Hüseynovun kolleksiyasında Səfəvilər dövrünə və daha əvvəllərə aid olan gümüş pul və sikkələr, müxtəlif banknotlar, qədim xəncər, yaşı bir əsrdən çox olan mis və keramik qablar, saatlar və digər qədim əşyalar var. O, 20 ilə yaxındır ki kolleksiya toplamaqla məşğuldur.

“Əvvəllər fəhləlik edirdim. Bir yeri qazanda qədim xəncər tapdım. Kolleksiyamda həm tapdıqlarım, həm də aldıqlarım var. Lerikə getdim, SSRİ-in qəpiklərini aldım. Sonra bir xanım yaxınlaşdı ki, bəs məndə köhnə bir qaşıq var, satıram. Mən dedim gətir baxım. Ürəyimə yatdı, aldım. Üstündə 1726-cı il yazılıb”, – o söyləyib.

Onun kolleksiyasında yer alan ən maraqlı eksponatlardan biri də qədim samovardır. Bu samovarı Balakən rayonunda yaşlı sakinlərin birindən 550 manata alıb. Indi isə bu samovarı qat-qat böyük məbləğə istəyənlər olsa da, o bu qədim samovarı heç kəsə satmaq fikrində deyil.

Kolleksiyaçının ən böyük arzusu muzey yaradıb qədim tariximizin bir parçası olan eksponatları burada nümayış etdirməkdir.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər