SON XƏBƏRLƏR

6 sentyabr saat 11:00-da Lənkəranda yerləşən Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə “Gənclər inkişafda” adlı təlim keçiriləcək.

Təlim zamanı gənclərə beynəlxalq layihələr haqqında məlumat veriləcək, lahiyələrə müraciət etmə yolları və sonrakı mərhələlər ətraflı izah olunacaq.

İştirak etmək istəyənlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər: https://forms.gle/egye9sCptRmzQDCs6

Qeyd edək ki, təlimdə 20-dən çox beynəlxalq layihənin iştirakçısı olan və 2019-cu ildə ölkəmizi “Dünya Demokratiya Forumu”nda təmsil edən təlimçi Lalə Səfərlinin iştirakı ilə baş tutacaq.