Lənkəranlı gənc yazar Nərmin Yaşarın kitabı nəşr olunub. Bu haqda məlumat bu gün, 16 sentyabr Cenublu.az-a daxil olub.
Gənc yazarın “İkinci şans” adlı kitabını Bookland kitab mağazasında əldə etmək olar. Qiyməti 7 manat təşkil edir.
Nərmin Yaşar qızı Kazımzadə 3 Avqust 1999-cu ildə Lənkəran rayonun Liman şəhərində anadan olub. 2021-ci ildə Lənkəran Dövlət Universitetinin “Məktəbə qədər təlim tərbiyə” fakültəsini bitirib.
Qeyd edək ki, bu gənc yazarın çap etdirdiyi ilk kitabdır.