SON XƏBƏRLƏR

Lənkəran Dövlət Dram Teatrının rejissoru Tərlan Abdullayevin müəllifi olduğu və quruluş verdiyi “Sonuncu görüş” tamaşası “4.4 Qısa Tamaşalar Festivalı”da yer tutub. Bu haqda məlumatı Azpress.az saytı verib.

Belə ki, 1 – 5 noyabr keçirilən və Zəfər gününə həsr olunan tədbirdə “Sonuncu görüş” tamaşası üçüncü yerə layiq görülməklə 750 manat pul mükafatı qazanıb.

Tərlan Abdullayev 2019-cu ildən Lənkəran Dövlət Dram Teatrında quruluşçu rejissor vəzifəsində çalışır. O, bir çox festivallarda yer tutub. Almatı şəhərində keçirilən tələbələrin Beynəlxalq Teatr Festivalında “Ağ-qara” tamaşası ilə iştirak edərək “Qran-Pri” mükafatına layiq görülüb. Gənclərin I Teatr Festivalında “Günəşə doğru”, Gənclərin II Teatr Festivalında isə “Ağacın nəfəsi” pyeslərinin quruluşçu rejissoru olub. O, narkomaniya mövzusunda “Yaşamaq istəyirəm” adlı küçə teatr tamaşasına rejissor kimi quruluş verib. 2016 -cı ildə isə Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi və Lənkəran Dövlət Dram Teatrının təşkilati dəstəyi ilə ssenari müəllifi olduğu “Ölüm səsi” adlı qısametrajlı film çəkib.