SON XƏBƏRLƏR

Lənkəranda yerləşən emalatxanada bir nəslin nümayəndələri 120 ildir ki, gildən qablar hazırlayırlar. Bu haqda Cenublu.az 14 oktyabr tarixində “AzTV”-ə istinadən xəbər verir.

Bu qədim sənətin adı Dulusçuluqdur. “Dulusçuluqdada əsas keyfiyyətli torpaqdır, eləcə də səbr, incəlik və güc. Güc olmasa, bu sənət olmaz” – deyə, emalatxanada nəsillikcə yaşadılan sənətin davamçısı Zahid Əkbərov söyləyib.

Sənətkarın sözlərinə görə, emalatxanadakı dulusçuluq çarxı 120 ildən çoxdur babası Mirəşrəfdən qalıb. Əvvələr yalnız ayaqnan çalışan çarxa sonra mühərrik qoşularaq müasirləşdirilib.

Usta qeyd edir ki, əvvəllər sifarişlər çox olardı, 200-ə qədər olan nehrə sifarişi indi 30 – 40 -a düşüb. Hal-hazırda əsasən piti qabları və dibçəklər sifariş olunur. Rayona gələn xarici turistlər də saxsı qablara maraq göstərir, hətda sifariş edib öz ölkələrinə aparırlar.

Vaxtı ikən 30-a yaxın ailə Separadi kəndində dulusçuluq sənəti ilə məşğul olublar. Hal-hazırda yalnız Zahid Əkbərov bu sənəti davam etdirir.

Zahid ustanın şagirdlərinin olması, az qala unudulan dulusçuluq sənətinin yaşayacağına ümid verir.