SON XƏBƏRLƏR

Əslən lənkəranlı olan məşhur aktrisa Nəsrin Cavadzadə yeni rolda öz izləyicilərin qarşısına çıxıb. Bu haqda məlumatı bu gün, 9 noyabr tarixində Cenublu.az verir.

Belə ki, o, “Üç kuruş” serialında Bahar Yöndel obrazını ifa edəcək. Serial hər həftənin bazar ertəsi Show TV kanalında yayımlanır.

Qeyd edək ki, Nəsrin Cavadzadə 30 iyul 1982-ci ildə Bakı şəhərində anadan olub. 11 yaşında ailəsi ilə birgə Türkiyəyə köçüb. Mərmərə Universitetinin məzunudur. O, görkəmli Azərbaycan alimi, urologiya elminin əsasını qoyan Mirməmməd Cavadzadənin oğul nəvəsidir.

Mirməmməd Cavadzadə 18 may 1927-ci ildə Lənkəran şəhərində anadan olub. 1943-cü ildə Lənkəran şəhəri 1 nömrəli şəhər orta məktəbi bitirdikdən sonra ADTİ-un müalicə-profilaktika fakültəsinə daxil olub. 1948-ci ildə Astara rayonunda cərrah kimi əmək fəaliyyətinə başlayıb. Daha sonra Astara birləşmiş rayon poliklinikası və xəstəxanasında baş həkimin müavini və Lənkəran şəhər xəstəxanasında cərrah işləyib.

Tibb elmləri doktoru, professor, AMEA-ın həqiqi üzvü, “Şöhrət” və “İstiqlal” ordenli alimimiz Mirməmməd Cavadzadə 7 avqust 2008-ci ildə vəfat edib. O, I Fəxri Xiyabanda dəfn olunub. Onun adına Respublika Kliniki Uroloji Xəstəxanasının adı verilib.