SON XƏBƏRLƏR

Lənkəran şəhəri T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin 6B sinif şagirdi maraqlı konstruksiya inşa edib. Bu haqda məlumatı məktəbin rəsmi Facebook səhifəsi verib.

Belə ki, 6-cı sinif şagirdi Hüseyn Əliyev vakuumla işləyən oyuncaq “qaldırıcı kran” düzəldib. Həmçinin o, öz əl işini videoçarx vasitəsilə nümayiş edib.

Qeyd edək ki, 2 nömrəli məktəbin şagirdləri tez-tez bu cür maraqlı konstruksiyalar düzəldərək videoçarx vasitəsilə geniş kütləyə təqdm edirlər.

Zirvə Astara
Sport

“Zirvə Astara” böyük hesabla qələbə qazanıb

Azərbaycan Basketbol kubokunda iştirak edən “Zirvə Astara” rəqibini meydançaya çıxmağa peşman edib. Bu haqda bu gün, 23 mart tarixində Cenublu.az xəbər verir. B qrupunda “Olimpik Şəki” “Zirvə Astara” ilə qarşılaşıb.