13 avqust tarixindən, hər həftənin cümə günü, Lənkərandan Moskvanın Domodedovo hava limanına birbaşa uçuşlar başlayacaq.
İlk reys 14:30-da baş tutacaq. Uçuşlar “Ural Airlines” şirkəti tərəfindən təşkil olunur. Biletləri Lənkəran şəhərinin bütün aviakassalarından almaq olar.
Lənkərandan birbaşa reyslər Rusiyanın Moskva şəhəri Şeremetyevo hava limanına hər həftənin bazar günü, Sankt-Peterburqa isə hər həftənin cümə axşamı təşkil olunur.
Pandemiya şəraitini nəzərə alaraq uçuşlar üçün PCR-testi vermək vacibdir. “Medican” Hospital Lənkəran – da uçuşdan 48 saat öncə bu testi vermək olar. Qiymət 70 manatdır. Klinika 20 yanvar küçəsi 71 ünvanında yerləşir.