SON XƏBƏRLƏR

Lənkəranda 8 noyabr – Zəfər gününə həsr olunmuş silsilə tədbirlər keçirilib. Bu haqda məlumatı bu gün, 6 noyabr tarixində Cenublu.az verir.

Belə ki, rayonun Köhnəgəgir kənd ümumi orta, C.Kazımov adına Diryan kənd tam orta, Balıqçılar qəsəbə tam orta, Lənkəran rayonu V. Həsənov adına Liman şəhər 2 nömrəli tam orta və

R.Qurbanov adına İstisu qəsəbə tam orta məktəblərində tədbirlər baş tutub.

Boladi kənd Nahir Axundov adına 1 saylı tam orta məktəbində isə “Şanlı qələbə” adlı Zəfər konserti keçirilib.

Tədbirlərə şəhid ailələrinin nümayəndələri, qazilər, veteranlar, müharibə iştirakçıları və onların valideynləri iştirak ediblər.